Taliban Əfqanıstanda qadınlara universitet təhsilini qadağan edibbackend

Taliban Əfqanıstanda qadınlara universitet təhsilini qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban qadınlara təzyiqləri çərçivəsində bütün qız tələbələrin universitetə getməsini qeyri-müəyyən müddətə qədər qadağan edib.

Editor.az “CNN”ə istinadla xəbər verir ki, Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü qız tələbələr üçün universitetə ​​qadağa qoyulması qərarını təsdiqləyib. Nazirlikdən verilən açıqlamada qərarın Nazirlər Kabinetinin iclasında qəbul edildiyi və dərhal icra olunacağı bildirilib.

Xatırladaq ki, Taliban bu ilin martında qızların orta məktəbdə təhsil almasına qadağa qoyub və tezliklə qızlar üçün xüsusi təhsil verən məktəblərin bağlanmasına göstəriş verib. Human Rights Watch təşkilatı Talibanın son qadağasını pisləyib və bunu “utancverici qərar” elan edərək, “Taliban hər gün açıq şəkildə əfqanların, xüsusilə də qadınların fundamental hüquqlarına hörmət etmədiklərini nümayiş etdirir”,- deyib.

Qeyd edək ki, ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban ilkin olaraq beynəlxalq dəstək qazanmaq üçün mötədil siyasət yürüdəcəyini, qadın və qızların hüquqlarına hörmətlə yanaşacağını bəyan etmişdi.

//Gülnarə Abasova, Editor.az