Taliban Əfqanıstandakı hava bazasını ABŞ-a verməkdən imtina edibbackend

Taliban Əfqanıstandakı hava bazasını ABŞ-a verməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban hərəkatı Əfqanıstanın Baqram Hava Bazasını ABŞ-a təhvil verməkdən imtina edib.

Editor.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Zabihullah Mücahid “Sky News” telekanalına müsahibəsində bildirib.

Mücahid vurğulayıb ki, Əfqanıstan ərazisi heç bir halda və heç kimə verilməyəcək:

“Əfqanlar heç vaxt öz torpaqlarının hər hansı hissəsini başqa dövlətə güzəştə getməyəcəklər.”

Onun sözlərinə görə, “Taliban” hökuməti hazırda ABŞ rəsmiləri ilə Vaşinqtondakı Əfqanıstan səfirliyinin və Kabildəki ABŞ səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp sentyabr ayında Ağ Evin Baqram aviabazasını yenidən ələ keçirmək istədiyini bəyan etmişdi. O, bu qərarı bazanın strateji mövqeyi və Çinə yaxınlığı ilə əsaslandırmışdı.

Qeyd edək ki, “Taliban” 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyəti tam ələ keçirdiyini elan edib. Həmin ilin avqustun 31-də isə ABŞ iki onillik davam edən hərbi missiyasını başa vuraraq qoşunlarını ölkədən çıxarıb.

// Gülnarə Abasova, Editor.az