Taliban: “Əfqanların Kabil hava limanına getməsinə daha icazə verməyəcəyik”backend

Taliban: “Əfqanların Kabil hava limanına getməsinə daha icazə verməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban ölkədəki əfqanların Kabul hava limanına girişinə qadağa qoyub.

Editor.az xəbər verir ki, Paytaxt Kabildə keçirilən mətbuat konfransında danışan Taliban sözçüsü Zabihullah Mücahid bölgədəki qarışıqlıq səbəbiylə Əfqanıstan vətəndaşlarının hava limanına getməsinə icazə verə bilməyəcəklərini söyləyib. Hava limanının ətrafında gözləyən əhalinin evlərinə qayıtmasının vacibliyini bildirən Mücahid, bu insanların təhlükəsizliyinə zəmanət verdiklərini açıqlayıb.

Taliban sözçüsü ABŞ -ın insanları hava limanına dəvət etməyə davam etdiyini qeyd edib:

“Amerikalılardan istəyimiz əfqanları ölkəni tərk etməyə təşviq etmək deyil. Onların istedadlarına bizim ehtiyacımız var.”

//Gülnarə Abasova, Editor.az