Əfqanıstanda Taliban hökuməti “TikTok” sosial şəbəkəsini və “PUBG” oyununu ölkədə qadağan etməyə hazırlaşır.
Editor.az “Haberler.com” a istinadən xəbər verir ki, bu haqda açıqlamanı müvəqqəti hökumətin sözçünün müavini İnamullah Samanqani bildirib.
“Qərara səbəb bu kimi platformaların gənclərə pis təsir etməsidir. Bunlar gənclərin inkişafına mənfi təsir göstərir. “,-deyə İnamullah Samanqani bildirib.
Qeyd edək ki, “TikTok” Əfqanıstan gəncləri arasında çox populyar əyləncə mənbələrindən biri kimi qəbul edilir.
//Editor.az

