Aprelin 4-də İran və Əfqanıstan sərhədində İran sərhədçiləri ilə Taliban hərəkatının tərəfdarları arasında döyüş olub.
Editor.az bildirir ki, bu barədə Əfqanıstan mətbuatı yazıb. “Aamaj News” agentliyi qeyd edir ki, döyüş Əfqanıstanın cənub-qərbində yerləşən Nimroz əyalətində baş verib.
İlkin məlumata görə, Taliban bir iranlı sərhədçini saxlayıb. Sərhəd müvəqqəti olaraq bağlanıb.
//Samir Qurbanov, Editor.az

