Taliban: Qadınlar təhsil almaq və işləmək üçün hicab geyinməlidirbackend

Taliban: Qadınlar təhsil almaq və işləmək üçün hicab geyinməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban sözçüsü Suheyl Şahin Əfqanıstanda qadınların hicab geyinmək şərtilə təhsil ala və işləyə biləcəklərini söyləyib.

Editor.az xəbər verir ki, Taliban sözçüsü şəriət qaydalarına əsasən qadınların ictimai həyata nə dərəcədə daxil ola biləcəyi ilə bağlı açıqlama verib. Fox News kanalına danışan Şahin “Qadın hüquqları ilə bağlı təhsildə və işində problem olmayacaq” deyib. Onun sözlərinə görə Əfqan mədəniyyəti qadınların hicab taxaraq oxuyub işləməyə uyğundur.

Qadınların hicabsız işləmək və təhsil almaq hüququnu təmin etmək üçün ABŞ çağırışını dəyərləndirən sözçü, bunun Əfqanıstan mədəniyyətini dəyişdirmək üçün qəbuledilməz bir cəhd olduğunu söyləyib.

//Gülnarə Abasova, Editor.az