Taliban Rəbbaninin adını universitetdən sildibackend

Taliban Rəbbaninin adını universitetdən sildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban paytaxt Kabildə yerləşən Bürhanəddin Rəbbani adına Pedoqoji Universitetin adını dəyişməyə qərar verib.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Khama Press” məlumat yayıb.

Talibanın yaydığı açıqlamada isə bildirilir ki, universitetlər ölkənin intellektual mülkiyyəti olduğundan siyasi, yaxud etnik liderlərin şərəfinə adlandırıla bilməz.

Qeyd edək ki, B.Rəbbani 1992-2001-ci illərdə Əfqanıstanın qanuni yolla seçilmiş prezidenti olub.