“Taliban”(Terror təşkilatı) siyasi ofisinin sözçüsü Məhəmməd Sohail Şahin Moskva şəhərində brifinqində çıxışı zamanı ABŞ-a Əfqanıstan vilayətlərinin inzibati mərkəzlərini ələ keçirməyəcəklərinə söz vermədiklərini bildirib.
Editor.az “Tass” agentliyinə istinadən məlumat verir ki, Məhəmməd Sohail Şahin ABŞ ilə əldə edilmış razılağa görə ABŞ ordusnun əslində may ayında ərazilərdən çıxmalı olduqlarını bildirib. Onun sözlərinə görə Əfqanıstanın 85 %-nə nəzarəti “Əfqanıstan İslam Əmirliyi” həyata keçirir. “Taliblər” ölkədə narkotikin kökünü kəsəcəklərini bildiriblər.
Bütün milli azlıqlara eyni haqq tanınacaq. Qadınlar da kişilərlə bərabər təhsil ala biləcəklər. “Taliblər” İŞİD-in fəaliyyətinə icazə verməyəcəklərini bildiriblər.
//Editor.az

