Taliban sözçüsü canlı yayımda məşhur  BBC aparıcısına zəng etdi- APARICI ŞOKA DÜŞDÜbackend

Taliban sözçüsü canlı yayımda məşhur BBC aparıcısına zəng etdi-  APARICI ŞOKA DÜŞDÜ- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda baş verən son hadisələri tamaşaçılara çatdıran BBC-nin məşhur aparıcısı Yalda Hakim canlı yayımda heyrətə gəlib. Canlı efirdə Taliban sözçüsü Suheyl Şahin tərəfindən şəxsi telefonla zəng edilən Hakim əvvəlcə təəccübləndi və sonra sözçünü yayıma qoşub.

Editor.az “BBC news” -a istinadən xəbər verir ki, “Biz bu millətin və bu ölkənin xidmətçiləriyik” deyən Şahin, heç kimdən qisas almayacaqlarına dair Talibanın sözünü təkrarlayıb. Əfqanıstanın şəriət qanunlarına qayıdacağını bildirəm sözçü “Bütün Əfqanıstanı özündə birləşdirən bir İslam hökuməti quracağıq” deyib.

“BBC Türk” də yayılan xəbərə görə, xarici hökumətlərin öz vətəndaşlarını təxliyə etdiyi Kabul hava limanında nələrin olacağı hələ aydın deyil. Taliban qadınların təhsil almalarına icazə veriləcəyini, ancaq burka və ya bənzər geyim tərzinə keçməli olduqlarını söyləyib. Kabuldakı diplomatik varlığını qoruyacağını açıqlayan NATO, hava limanında yaranan xaosun aradan qaldırılmasına kömək etməyə çalışır.

Qeyd edək ki, Əfqanıstan vətəndaşlarının bir çoxunun qorxudan Kabul küçələrində dolaşdığı və şəhəri tərk etməyə çalışdığı barədə məlumatlar var.

//Gülnarə Abasova, Editor.az