Taliban sözçüsü: “Türkiyə ilə tarixi, sosial və mədəni əlaqələrimiz mövcuddur”backend

Taliban sözçüsü: “Türkiyə ilə tarixi, sosial və mədəni əlaqələrimiz mövcuddur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Talibanın Qətər siyasi bürosundakı sözçüsü Məhəmməd Naim Vardak Anadolu Agentliyinə verdiyi açıqlamada Türkiyə başda olmaqla, bütün ölkələrin Əfqanıstan xalqına və Əfqanıstana kömək etmələrini istədiklərini bildirib.

Editor.az xəbər verir ki, Taliban sözçüsü Əfqanıstanın paytaxtı Kabul nəzarətə götürüldükdən sonra Talibanın ölkə daxilində və xaricdə verdiyi mesajlar, Türkiyənin rolu, qadınların və azlıqların hüquqları, idarənin necə olacağı kimi bir çox məsələləri qiymətləndirib.

“Türkiyə əhəmiyyətli bir ölkədir, türk xalqı müsəlmandır və qardaş xalqdır. Türkiyə ilə tarixi, sosial və mədəni əlaqələrimiz var” deyən Vardak Taliblərin Türkiyənin dəstəyinə ehtiyacı ilə bağlı soruşulduqda, bu dəstəyə ehtiyac olduğunu vurğulayıb:

“Xalqımız 40 ildir müharibədədir və köməyə ehtiyacı var. Başda Türkiyə olmaqla, bütün dünya ölkələrindən xalqımıza və ölkəmizə kömək etmələrini xahiş edirik. Türkiyə Əfqanıstanda və ölkənin yenidən qurulmasında əhəmiyyətli, konstruktiv və müsbət rol oynayır. Türkiyə ilə əlaqələrimizdə iki əsas məsələ var. Birincisi, İslam dininin prinsipləri, ikincisi isə ölkənin və xalqın mənafeləridir. Bu iki məsələ səbəbiylə Türkiyə ilə yaxşı, konstruktiv və pozitiv əlaqələr qurmaq istəyirik. Türkiyə ilə heç bir problemimiz yoxdur “.

//Gülnarə Abasova, Editor.az