Taliban sözçüsünü verilişinə dəvət edən qadın aparıcı Beheshta Arghandın ölkəni tərk edib. Arghand “Milyonlarla insan kimi mən də Talibandan qorxuram” deyib.
Editor.az xəbər verir ki, CNN -ə danışarkən məlum olub ki, Arghand, Taliban sözçüsü Yusifzai ilə müsahibədən iki gün sonra ailəsi ilə birlikdə Qətər Hərbi Hava Qüvvələrinin təxliyə uçuşuna minib.
Kabul Universitetində jurnalistika ixtisası üzrə təhsil alan 24 yaşlı Argand, Taliban verdiyi vədləri yerinə yetirəcəyi təqdirdə ölkəsinə qayıda biləcəyini açıqlayıb:
“Taliban dediklərini etsə və vəziyyət yaxşılaşsa, mən ölkəmə qayıdacam və ölkəm üçün xalqım üçün çalışacam”.
Qeyd edək ki, Arghandla müsahibəsi Talibanın bir qadın jurnalist ilə ilk canlı yayımıdır.
//Gülnarə Abasova, Editor.az

