11 sentyabr hücumlarından sonra 2001-ci ildə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin müdaxiləsi ilə hakimiyyətdən uzaqlaşdırılan Taliban Əfqanıstanın paytaxtı Kabulu ələ keçirərək yenidən hakimiyyətə gəldi. Taliban yenidən dirçəldikdən sonra qadınlar təxminən 20 illik mübarizədən sonra qazandıqları azadlıqları itirməkdən qorxurlar. Siyasətçilər, fəallar, sənətçilər və bürokratlar da daxil olmaqla bir çox qadın həyatlarının təhlükədə olduğunu söyləyir. Qadınların ifadələrində yalnız qorxu deyil, qəzəb və çarəsizlik də üstünlük təşkil edir. Talibanın irəliləməsindən sonra, telefon danışıqlarını televiziya müsahibələri və sosial media vasitəsi ilə eşitdirməyə çalışan qadınlar, ölkəni taliblərin gözlənilmədən sürətlə ələ keçirməsinə təəccüb və ümidsizliklərini dilə gətiriblər.
Bəzi qadınlar təşkilatın ciddi müqavimətlə qarşılaşmadan əyalətləri bir -bir ələ keçirə bilməsinə, digərləri Əfqanıstan Prezidenti Əşrəf Qaninin paytaxt Kabulu itirdikdən sonra ölkəni tərk etməsinə etiraz edib.
//Gülnarə Abasova,Editor.az

