Talibandan uşaqları hədəf alan daha bir qadağa: 10 yaşdan yuxarı qızlar məktəbə göndərilməyəcəkbackend

Talibandan uşaqları hədəf alan daha bir qadağa: 10 yaşdan yuxarı qızlar məktəbə göndərilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin avqustunda Əfqanıstanda 20 ildən sonra ölkə rəhbərliyini ələ keçirən Taliban bəzi əyalətlərdə 10 yaşdan yuxarı qızların ibtidai siniflərə getməsini qadağan edib

Editor.az bu barədə Wall qəzetinin istinadla xəbər yayıb. Talibanın rəhbərlik etdiyi Təhsil Nazirliyi məktəb direktorlarını məhdudiyyətlə bağlı məlumatlandıraraq Qəzni əyalətindəki məktəb və qısamüddətli kursların direktorlarına bu barədə əmr verib.

Bildirilib ki, Taliban rəsmiləri direktorlara 3-cü sinifdən yuxarı olan qızları evlərinə göndərməyi tapşırıb.

Qeyd edək ki, Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qadınlara təzyiqlər artıb.Qadınlardan yalnız gözlərini göstərmək üçün geyinmələri və 72 kilometrdən çox məsafəni qət etdikdə kişi qohumunun müşayiəti tələb olunur. Taliban həmçinin noyabr ayında qadınların parklara, idman zallarına və hovuzlara girməsini qadağan edib.

//Gülnarə Abasova, Editor.az