Talibanın razılığı ilə Əfqanıstanda ümummilli poliomielit peyvəndi kampaniyasına start verilibbackend

Talibanın razılığı ilə Əfqanıstanda ümummilli poliomielit peyvəndi kampaniyasına start verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Əfqanıstanda poliomielit xəstəliyinə qarşı ümummilli peyvənd kampaniyasına start verilib.

Editor.az BBC-yə istinadən xəbər verir ki, Talibanın razılığı ilə həyata keçirilən kampaniyaya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) da dəstək verir. 4 gün davam edəcək kampaniyada komandalar ev-ev gəzərək 5 yaşa qədər bütün uşaqları peyvənd etməyi qarşısına məqsəd qoyublar.

Avqustun 15-də Taliban 20 il sonra hakimiyyəti geri almadan əvvəl nəzarət etdikləri ərazilərdə peyvənd kampaniyalarını İslam əleyhinə və Qərbin dəstəklədiyi sui-qəsdin bir hissəsi olduğunu əsas gətirərək qadağan etdi. 2018-ci ildə münaqişə zonalarında peyvənd kampaniyasının dayandırılmasından bəri ölkədə üç milyon uşaq xəstəlik riski altındadır. Poliomielit hələ də dünyada yalnız Əfqanıstan və Pakistanda yayılıb.

Ötən il ölkədə 56 poliomielit hadisəsi qeydə alınıb. Bu il isə indiyədək bir hadisə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Əməliyyatlar üzrə Koordinatoru Naikvali Şah Momim Reuters xəbər agentliyinə bildirib ki, peyvənd kampaniyası ölkənin müxtəlif yerlərində başlayıb, lakin təlim keçmiş kadr çatışmazlığı səbəbindən müxtəlif problemlərlə üzləşiblər. Mominin sözlərimə görə kampaniya paytaxt Kabildə başlayıb, çünki kənd yerlərində daha çox təlim keçmiş kadrlara ehtiyac var.

Onilliklər ərzində aparılan peyvənd kampaniyalarından sonra xəstəlik bütün dünyada demək olar ki, tamamilə aradan qaldırılıb. Lakin peyvənd əleyhinə mübarizə, coğrafi şəraitə görə nəqliyyat çətinliyi və kütləvi miqrasiya kimi amillər bəzi bölgələrdə peyvənd kampaniyalarının aparılmasına mane olub.

//Gülnarə Abasova, Editor.az