Dünyanın ən böyük narkotik ixracatçılarından biri olan Əfqanıstanda Talibanın qadağanı tətbiq etdiyinə dair məhdud sübutlara baxmayaraq qeyri-qanuni narkotiklərin qiymətləri artıb.
Editor.az “Financial Times”a istinadən xəbər verir ki, Talibanın ticarəti qadağan etməsindən sonra tiryək qiymətləri 50 faizdən çox artıb. Xəbərdə metamfetaminin qiymətlərinin də sürətlə artdığı bildirilir. “Aydındır ki, bu, Taliban üçün riskli qərardır. Daha az gəlir daha az populyarlıq deməkdir”, – Radbound Universitetindən Romain Malejacq deyib.
Ölkədəki iqtisadi böhrana diqqət çəkən Əfqanıstan vətəndaşı narkotik istehsalının əfqanlar üçün tikinti işlərində işləmək və ya orduya qatılmaqdan başqa ən mühüm gəlir mənbələrindən biri olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatının 2021-ci il məlumatlarına görə, narkotik ticarətinin Əfqanıstan iqtisadiyyatına 2,7 milyard dollar gəlir gətirdiyi təxmin edilir.
//Gülnarə Abasova, Editor.az

