Tambovda pilotsuz təyyarə neft bazasını vurdubackend

Tambovda pilotsuz təyyarə neft bazasını vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 28-nə keçən gecə Tambovun Miçurinski bələdiyyə rayonunda pilotsuz təyyarə neft bazasına hücum edib.

Editor.az bildirir ki, bu barədə qubernator Maksim Eqorov Telegram-da məlumat verib. Onun sözlərinə görə, “kiçik yanğın baş verib” və onu söndürmək üçün ondan artıq yanğınsöndürmə briqadası gəlib.

Ən yaxın yaşayış yeri bir neçə kilometr aralıda olsa da, insanların təxliyəsi mümkündür: “Əhalinin məskunlaşdığı ərazi üç kilometr uzaqdadır” – deyə, Rusiya rəsmisi yazıb.

//Samir Qurbanov, Editor.az