Hollivudun tanınmış aktyoru Ceyms Kaan 82 yaşında vəfat edib. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış aktyor məşhur “Xaç atası” filmində Soni Karlione obrazını canlandırıb. Bundan əlavə o, “Misiri” və “Elf” kimi filmlərdə rol alıb. Aktyor 70-ci illərdə Hollivudun ən tanınmış ulduzlarından olub. O, 2000-ci ilə qədər peşəkar karyerasını davam etdirib. Karyerası boyunca “Oskar”, “Emmi” və dörd dəfə “Qızıl Kürə” mükafatına layiq görülüb.
//Nəzərbəy Hacıağayev, Editor.az

