Tanınmış baş həkim vəzifəsindən getdi – FOTObackend

Tanınmış baş həkim vəzifəsindən getdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi Pərviz Hacıyev tibb müəssisəsindəki vəzifəsindən ayrılıb.

Editor.az publika.az-a istinadla xəbər verir ki, bu barədə özü məlumat verib. O, işindən ayrılmasını pasiyentlərinə vaxt ayıra bilməməsilə əlaqələndirib: “Respublika Kliniki Uroloji Xəstəxanasından ayrıldım, öz inkişafıma və xəstələrimə daha çox vaxt ayırmalıyam, icazə istədim. Mənə etimad edib bu məsuliyyətə layiq gördükləri üçün TƏBİB-ə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərlərinə təşəkkür edirəm”.

P. Hacıyev bu vəzifəyə 2020-ci ilin noyabrında təyin olunmuşdu.

Qeyd edək ki, Pərviz Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.