Tanınmış ərəb diplomat çıxışı zamanı öldü – VİDEObackend

Tanınmış ərəb diplomat çıxışı zamanı öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin Qahirə şəhərində Səudiyyə Ərəbistanından olan tanınmış diplomat Məhəmməd əl-Kahtani Ərəb-Afrika konfransında çıxışı zamanı dünyasını dəyişib.

Editor.az xəbər verir ki, bu barədə “qafqazinfo” Tahiamasr.com-a istinadən məlumat yayıb.

Kadrlardan göründüyü kimi, diplomat huşunu itirib və yıxılıb. Həkimlər ona ilkin tibbi yardım göstərməyə cəhd etsələr də, əl-Kahtaninin həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.