Tanınmış futbolçu faciəvi şəkildə öldü – FOTObackend

Tanınmış futbolçu faciəvi şəkildə öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Super Liqada bir dövrə damğa vuran sabiq bombardir Aaron Bupendsa faciəli şəkildə dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, “Hatayspor”da çıxışı ilə yadda qalan Bupendsa Çində yaşadığı binanın 11-ci mərtəbəsindən yıxılaraq həyatını itirib. Onun qəfil və müəmmalı ölümü ölkə və dünya idman ictimaiyyətində sarsıntı yaradıb.

Ölüm hadisəsi ilə bağlı Çin polisi dərhal araşdırmaya başlayıb.

Yerli hüquq-mühafizə orqanlarından verilən ilkin məlumatlara əsasən, hadisədən əvvəl futbolçunun qardaşı onun mənzilinə gəlib və ikili arasında mübahisə yaşanıb. Hazırda ölümün səbəbi və hadisənin detalları dəqiqləşdirilir.