Tanınmış güləşçinin şok cinayəti: Gəzdiyi qadının evinə girdi, ərini… – Faktlarbackend

Tanınmış güləşçinin şok cinayəti: Gəzdiyi qadının evinə girdi, ərini… – Faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Editor.az  Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxs ifadə verib.

İttihama görə, Elman Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Gülşənin həyat yoldaşı Mübarizin (zərərçəkmiş və onun qohumlarının adları şərti verilib – red.) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin il sentyabrın 6-da Mübarizin oğlu Səmədi yaşadığı binanın qarşısında izləyib. Səməd yaşadığı evə daxil olan zaman Elman da mənzilə soxulub.

Bu zaman Mübariz də evdə olub. Evə basqın edən idmançı Mübarizə yumruq zərbələri endirib və bıçaqla hədələyib.

Daha sonra Elman evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. Elman polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmədə ifadə verən Elmanın sözlərinə görə, üzərində heç bir bıçaq olmayıb və heç kimdən pul tələb etməyib. O deyib ki, zərərçəkmişə sadəcə bir şillə vurub.

Elman Muxtarov istintaq zamanı verdiyi ifadəsində də özünü təqsirli bilməyib. Onun sözlərinə görə, uzun müddətdir Gülşənlə yaxın münasibətdə olub, tez-tez onunla görüşüb. O deyib ki, Mübariz ona qarşı nalayiq ifadələr işlətdiyi üçün kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub.

Təqsirləndirilən şəxslərin ifadəsinə görə, bir müddət sonra Gülşənlə parkda görüşüb, qadının mobil telefonunu lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə mərc oyununda uduzub.

Daha sonra iş üzrə şahid qismində ifadə verən zərərçəkmiş şəxsin həyat yoldaşı Gülşənin sözlərinə görə, əri ilə yaşamağına səbəb uşaqlarını əlindən alması qorxusu olub: “Bu səbəbdən evdən çıxmadım. Artıq ərimlə heç bir münasibətim yoxdur. Zərərçəkmiş şəxs yalan deyir, Elman orda heç kimə bıçaq çıxarmayıb və pul tələb etməyib. Ərim mənə hədə-qorxu gəldi ki, əgər polisdə onun istədiyi şəkildə izahat verməsəm, valideynlərimə hər şeyi deyəcək və uşaqlarımı əlimdən alacaq. Mən də məcbur qalıb Elmanın əleyhinə ifadə verməli oldum. Sonradan ərim hər şeyi valideynlərimə açıb danışdı və artıq onlar hər şeyi bilirlər. Ona görə də heç nədən qorxmuram və bu gün məhkəmədə həqiqəti danışıram”.

Elman Muxtarova qarşı Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Elman Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb.

Daha sonra karyerasını başa vurub.