Tanınmış hakimin oğlu vəfat etdibackend

Tanınmış hakimin oğlu vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki üz verib.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış məhkəmə hakiminin oğlu, 1982-ci il təvəllüdlü Rəşadət Quliyev vəfat edib. Onun səhhətində yaranan qəfil problem səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Əhməd Quliyev 1998-2000-ci illərdə Naxçıvanda Ədliyyə nazirinin müavini olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Ə.Quliyev bir sıra səs-küylü məhkəmə proseslərinə sədrlik edib.