Tanınmış həkim deputatlığa namizəd oldu – FOTObackend

Tanınmış həkim deputatlığa namizəd oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış endokrinoloq Jalə Oqtayzadə 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Editor.az  metbuat.az-a istinadla bildirir ki, Jalə Oqtayzadə 1988-ci ildə Tərtər rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

O, Xankəndi şəhərində könüllü olaraq həkim kimi fəaliyyətə başlayıb. O, oktyabr-iyun ayları ərzində Xankəndi Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Jalə Oqtayzadə fəaliyyəti ərzində bir çox özəl klinikalarda işləyib, ixtisası üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara yiyələnib. COVID-19 pandemiyası dövründə könüllü həkim kimi koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olub.

Onun atası uzun illər hərbçi kimi vətənə xidmət edib, I Qarabağ və 44 günlük Vətən Müharibəsində ön cəbhədə vuruşub.