Tanınmış həkim vəfat etdi – FOTObackend

Tanınmış həkim vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda tanınmış həkim Cəmaləddin İsgəndərli vəfat edib.

Editor.az azxəbər-ə istinadla xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım edib.

Xatırladaq ki, mərhum Nizami Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edirdi.

Onun hansı səbəbdən dünyasını dəyişdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Cəmaləddin Hüseyn oğlu İsgəndərli 20 dekabr 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1977-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil alıb.