Tanınmış idmançının həbsinin ŞOK SƏBƏBİ: 16 yaşına çatmayan qıza…backend

Tanınmış idmançının həbsinin ŞOK SƏBƏBİ: 16 yaşına çatmayan qıza…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib. 

Bu gun müəllimin hansı maddələrlə saxlanıldığı üzə çıxıb.

Zərərçəkənin ailə üzvlərinin Bakupost.az-a verdiyi məlumata görə, məşqçi yeniyetmə qıza seksual xarakterli əmələ görə cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.