Tanınmış iş adamı Qod Nisanovun doğum günüdür – Ziyalı Qadınlar Klubundan təbrikbackend

Tanınmış iş adamı Qod Nisanovun doğum günüdür – Ziyalı Qadınlar Klubundan təbrik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – 24 aprel, Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi və ictimai xadim Qod Semenoviç Nisanovun doğum günüdür.

Qod Nisanov 1972-ci ildə Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. Milliyyətcə dağ yəhudisi olan Nisanov, biznes sahəsində qazandığı uğurlar və genişmiqyaslı sosial layihələri ilə təkcə Rusiyada deyil, beynəlxalq aləmdə də nüfuz sahibi olan iş adamıdır. O, “Kiyevskaya Ploşad” şirkətlər qrupunun idarə heyətinin sədridir və “Forbes” jurnalının milyarderlər siyahısında yer alır.

Nisanov, həmçinin Azərbaycan diasporasının fəal üzvü kimi, milli məsələlərə göstərdiyi xüsusi həssaslıqla tanınır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Qod Nisanov Azərbaycanın haqq işinə açıq şəkildə dəstək nümayiş etdirmiş, ölkəmizə qarşı aparılan informasiya müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etmişdir. Onun təşəbbüsü ilə müxtəlif humanitar layihələr reallaşdırılmış, müharibədən zərər çəkmiş vətəndaşlara, şəhid ailələrinə və qazilərə yardım göstərilmişdir.

Eyni zamanda, Qod Nisanov Azərbaycan mədəniyyətinin və mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına da mühüm töhfələr verir. Onun fəaliyyəti Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmlənməsində xüsusi rol oynayır.

Bu münasibətlə “Ziyalı Qadınlar Klubu” tanınmış iş adamı Qod Nisanovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar və Azərbaycan naminə fəaliyyətində davamlı nailiyyətlər arzulayır.

Ziyalı Qadınlar Klubu