Tanınmış jurnalist plastik əməliyyat etdirdikdən sonra komaya düşdübackend

Tanınmış jurnalist plastik əməliyyat etdirdikdən sonra komaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.

Medicina.az-ın məlumatına görə, jurnalist plastik cərrah Səkinə Xudiyeva tərəfindən 3 dəfə əməliyyat olunub.

Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyəti pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir.

Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.

Qeyd edək ki, S.Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.