Tanınmış jurnalist “Xəzər” TV-dən ayrıldı – FOTObackend

Tanınmış jurnalist “Xəzər” TV-dən ayrıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər Media Mərkəzinin ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova öz vəzifəsindən ayrılıb.

Bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

“Əziz dostlar və həmkarlar, mən Xəzər Media Mərkəzindəki fəaliyyətimə fasilə vermək qərarına gəldim. Fəaliyyətim dövründə mənim “Xəzər”ə, “Xəzərin”sə mənə xeyir verdiyinə əminəm. Müzakirələrin fonunda olunan müqayisələr görülən işlərin, münasibətlərin çəkisini göstərir. Yəni, müqayisələr insanın fəaliyyətinin və gördüyü işlərin tərəzisi olur. Əsas odur ki, görülən işlər, çəkilən zəhmətlər, düşünən beyinlər, yanan ürəklər izafi xərc olmasın! Allah hər birimizin yolunu açıq etsin. Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşova və rəhbərlik etdiyi kollektivə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Ü.Qasımova uzun müddət “APA Holding”də çalışıb. O, Xəzər Media Mərkəzində vəzifəyə təyinat alana qədər News.24.az saytının baş redakatoru olub.