Tanınmış jurnalistin vəziyyəti pisləşib, süni tənəffüs aparatına qoşulubbackend

Tanınmış jurnalistin vəziyyəti pisləşib, süni tənəffüs aparatına qoşulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Editor.az  APA-ya istinadən bildirir ki, Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan S.Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Burda əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

Dərhal reanimasiyaya yerləşdirilən və süni tənəffüs aparatına qoşulan jurnalistin durumu ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli lent.az saytının əməkdaşıdır.