Tanınmış meyxanaçı Mahir Cürət ağır durumdabackend

Tanınmış meyxanaçı Mahir Cürət ağır durumda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış meyxanaçı Mahir Cürətin vəziyyəti yaxşı deyil.

Editor.az xəbər verir ki, bu barədə o, olay-a açıqlamasında məlumat verib. Söz ustadı ayaqlarındakı problemin sağalmadığını söyləyib:

“Əsas ayaqlarımda problem var. Ağrıyır, sağalmır. Yaxşı deyiləm. Gücüm çatan qədər müalicə edirəm.  Bir az yaxşılaşır, sonra yenə pis olur. Hələ ki belədir. Bilmirəm necə olacaq, nə çıxacaq, yoxlatdırmamışam”.

M. Cürət bildirib ki, sənət dostları onunla maraqlanmır:

“Allah köməkləri olsun. Kiminsə adını çəkməyim düzgün deyil. Heç Allahın salamını vermədilər ki, necəsən, ölmüsən, ya qalmısan? O ki qaldı nəsə kömək edələr. Heç nə lazım deyil. Mənim arxamda 10 milyon xalq var. Onlar guya soruşmasalar nə olacaq?  Nail Kəmərli çəkib yayımlanmışdı, ondan sonra kömək edənlər oldu.

Amma müalicəm, bir də kitabın çapı yarımçıq qalıb. Fədayə Laçın isə yəqin haradasa görüb, paylaşıb, sağ olsun. Çox da paylaşılmasını istəmirəm, sonra deyərlər ki, Mahir dilənçilik edir. Mən o adam deyiləm. O vaxt Elgiz çağırdı ki, gəl verilişdə müraciət et, 30 min pul yığaq. Dedim, ay Elgiz, mən elə adam deyiləm. Burda elə də böyük iş yoxdur. Bir az kömək lazımdır”.