Tanınmış politoloq Xankəndidə gedən oyunların SENSASİON detalını açdıbackend

Tanınmış politoloq Xankəndidə gedən oyunların SENSASİON detalını açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağda separatçılar arasında fikir ayrılıqları mövcud olduğundan artıq şişirdilir. Məsələn, yazırlar ki, “parlamentin spikeri prezidentin istefasını və ya yeni seçkilər tələb edib”, “Qarabağ prezidenti ilə təhlükəsizlik şurasının keçmiş katibi arasında fikir ixtilafı mövcuddur”, “Samvel Babayan vəzifə istəyir” və ya “Ruben Vardanyan Araik Arutyunyana qarşı yeni hərəkat formalaşdırıb””.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

elxan.jpg (68 KB)

Politoloq bildirib ki, bu cür xəbərlərin yayılmasında məqsəd beynəlxalq aləmə Qarabağ erməniləri arasında ciddi siyasi mübarizənin və çoxsaylı “siyasi fiqurların” mövcud olduğunu aşılamaqdır:

“Yəni belə təsəvvür yaratmaq istəyirlər ki, Qarabağda “özünüidarə uğrunda mübarizə gedir” və bu səbəbdən onlar Azərbaycan qanunlarına tabe ola bilməzlər. Biz isə beynəlxalq aləmə Qarabağda separatizmin günlərinin azaldığını, onların tərk-silah olunacağını və Xankəndidə Azərbaycan qanunlarının işləyəcəyini təlqin etməliyik”.

//musavat.com