Tanınmış rusiyalı aktyor ürək əməliyyatı keçiribbackend

Tanınmış rusiyalı aktyor ürək əməliyyatı keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın məşhur aktyoru, Xalq artisti Mixail Boyarski Mariinski Xəstəxanasında planlı ürək əməliyyatı keçirib.

Qeyd olunur ki, prosedur uğurlu keçib və sənətçi artıq evə buraxılıb. O, xəstəxanada cəmi üç gün qalıb.

Xatırladaq ki, bu həftə bir sıra Rusiya KİV-i Boyarskinin rutin müayinədən keçmək üçün xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Sənətçi koronar angioqrafiya və stentləmə əməliyyatından keçməli olub.

Oxu.az