TAP və TANAP Avropanı xilas edəcəkbackend

TAP və TANAP Avropanı xilas edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trans-Anadolu qaz kəməri ilə qaz nəqlinin həcmi iki dəfə artacaq.

Editor.az xəbər verir ki, bu barədə TAP AG boru kəməri şirkətinin idarəedici direktoru Luka Şieppati bildirib. Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) gücü 2027-ci ilin sonunadək ildə 20 milyard kubmetr qaza qədər genişləndiriləcək. Bu hadisə 2027-ci ilin sonuna kimi baş tutacaq.

Proses yeni borular çəkilmədən və İtaliyada yeni işlərə ehtiyac olmadan, yalnız Yunanıstan və Albaniyada yeni kompressorların quraşdırılması yolu ilə həyata keçiriləcək”, – Şippati bildirib. Bundan əlavə, TANAP-ın gücünün iki dəfə artırılması da nəzərdə tutulur. “TANAP-ın gücünün iki dəfə artırılması qərara alınıb. Biz kəmərin ötürmə qabiliyyətini 16 milyard kubmetrdən 32-yə çatdıracağıq”, – deyə, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dyonmez bildirib. O, həmçinin qeyd edib ki, Türkiyə vurulan qazın əlavə həcminin bir hissəsindən istifadə edə biləcək.

  //Samir,Editor.az