Tapmacaya dönən “Budapeşt sammiti”backend

Tapmacaya dönən “Budapeşt sammiti”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Alyaska görüşünün yaxşı hazırlanmış nəticələrinə əsaslanarsa, Budapeştdə ikinci Rusiya-Amerika sammiti keçirməyə hazırdır.

Editor.az xəbər verir ki, “bu əlaqələr (Rusiya və ABŞ arasında) lazım olduqda davam edəcək və biz təsdiq edirik ki, əgər Alyaska sammitinin yaxşı hazırlanmış nəticələrinə əsaslanarsa, Budapeştdə ikinci Rusiya-Amerika sammiti keçirməyə hazırıq”, – Zaxarova brifinqdə bildirib.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə görüşməyi planlaşdırırdı, lakin sonradan bu planları ləğv etdi. O, qərarını Rusiyanın Ukraynada sülh danışıqları aparmaq istəməməsi ilə izah etdi və ABŞ Maliyyə Nazirliyi daha sonra Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdi.

//Samir Qurbanov, Editor.az