“Tarif Şurasının benzinin və dizel yanacağının parakəndə qiymətini artırması anlaşılan deyil”-İqtisadçı ekspertbackend

“Tarif Şurasının benzinin və dizel yanacağının parakəndə qiymətini artırması anlaşılan deyil”-İqtisadçı ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Dövlət büdcəsi qəbul olunduqdan dərhal  sonra Tarif Şurasının benzinin və dizel yanacağının parakəndə qiymət artırılması ilə bağlı qərarı  cəmiyyət tərəfindən anlaşılmazlıqla qarşılandı və tənqidə məruz qaldı. Hökumətin  açıqladığı prioritetlər arasında ən əsası makroiqtisadi sabitliyi qoruyub saxlamaq,  manatın kursunun eyni vəziyyətdə qalması, sosialyönümlü paketlər və pandemiya dövründə həm vergiödəyəciləri, həm də adi vətəndaşlar üçün  müxtəlif güzəştlərin qeyd edilməsi məsələləri var. Bu tədbirlərdən sonra hökumətin büdcə məsələlərini açıqlayıb vətəndaşlara bir ümid verdikdən sonra  işsizliyin çox olduğu bir dönəmdə enerji daşıyıcılarının qiymətlərinin qaldırılması doğru addım deyildi’’.

Bu Editor.az-a açıqlamasında sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli deyib .

Nazim Bəydəmirli bildirib ki, əvvəl dövlət büdcəsində açıqladığı hədəflərə hökumət çatmaya bilər:  “Çünki zəncirvari olaraq bu qiymət artımı təbii ki, həm xidmət sektorunda, həm də məhsul istehsalında eyni zamanda digər sahələrdə də artıma səbəb olacaq. Bu da əhalinin sosial vəziyyətinə daha da mənfi təsir göstərəcək. Eyni zamanda açıqlanan rəqəmlər digər ölkələrlə müqayisədə də qüsurludur. Hesab edirəm ki, neft istehsal edən ölkələrlə müqayisədə biz daha pis vəziyyətdəyik. Benzinin qiymətinin belə artımı ABŞ-da olan benzinin qiymətinə yaxınlaşıb’’.

 

Gülnarə Abasova, Editor.az