“Tarif Şurasının bütün səlahiyyətləri Milli Məclisə verilməlidir”- İqtisadçıdan AÇIQLAMAbackend

“Tarif Şurasının bütün səlahiyyətləri Milli Məclisə verilməlidir”- İqtisadçıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tarif Şurası tamamilə ləğv edilməli və Nazirlər Kabineti nəzdində məsləhətçi qrupa çevrilməlidir. Bu məsləhətçi qrup NK-nə təkliflər planı hazırlamalı və plan Milli Məclisə təqdim olunmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı bildirib ki, Tarif Şurasının səlahiyyətində olan məsələlərlə bağlı qərarlar Milli Məclisə həvalə olunmalıdır:

“Çünki qanunvericiliyə görə Milli Məclis büdcəni təsdiqləyən orqandır. Tariflərlə bağlı məsələlər də büdcəyə aiddir. Ona görə də bu istiqamətdə qərarları Milli Məclis verməlidir. Çünki tariflərin tez-tez artırılması deputatlar tərəfindən öz seçiciləri qarşısında məsuliyyət də yaradır”.

//Gülnarə Abasova, Editor.az