Tarif Şurasının ötən gün keçirilmiş iclasında Aİ-92 markalı benzin və dizelin qiymətinə dair verilən qərar bu yanacaq növlərinin pərakəndə satış qiymətinə heç bir təsir göstərməyəcək. İqtisatçı-ekspert Rəşad Həsənov deyir ki, Şuranın bu qərarı qəbul etməsinə səbəb ümumilikdə dünya bazarında bir sıra məhsulların bahalaşması olub.
İqtisatçı-ekspert hesab edir ki, bu qərardan qazanan və itirən tərəflər də olacaq.
Qeyd edək ki, Tarif şurasının keçirilən iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair SOCAR-ın müraciətinə baxılıb.

