“Tarix boyu Naxçıvanın təhlükəsizliyi Türkiyənin qanadlarının altında olub”-ŞƏRHbackend

“Tarix boyu Naxçıvanın təhlükəsizliyi Türkiyənin qanadlarının altında olub”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü zamanı da Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha bildirdi ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın imzaladığı kapitulyasiya aktında nəzərdə tutulub. Yəni, müharibədə uduzmuş bir dövlət üzərinə öhdəlik götürübsə onu icra da etməlidir. Burada o fakt da meydana çıxır ki, Ermənistanın sülhdən yayınmasında, öhdəliklərini icra etməməsində maraqlı tərəflər var. Bu vaxt ərzində də müxtəlif tərəflər işini görür”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, reallıq tarix boyu onu göstərib ki, Naxçıvanın təhlükəsizliyi Türkiyənin qanadlarının altında olub:

“Təxribatlar danışıqlar prosesini pozmağa, yekun razılığa gəlinməsinin qarşısını almağa yönəlibsə, digər tərəfdən də Türkiyənin regionda gücünü, Naxçıvanla bağlı həssaslığını zəiflətməyə yönəlib. Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olanda da Naxçıvan atəşə tutuldu. Bu, bir tərəfdən Türkiyə-Azərbaycan birliyinə tuşlanan təxribatdırsa, digər tərəfdən də iki ölkə münasibətlərindən kənara çıxsaq Rusiya üçtərəfli bəyanatın daha çox nəqliyyat və kommunikasiyalarla bağlı olan bəndinə fokus olur. Burda isə maraqlı məqam odur ki, vaxtilə İranla Rusiyanın Ermənistan-Azərbaycan məsələsinə demək olar ki, bənzəri yanaşmaları olsa da sonradan istər Zəngəzur dəhlizi, İsrail faktoru, Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan münasibətləri fonunda xeyli fikir ayrılıqları yarandı. Rusiyanın Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri və tranzit variantlarını aktual saxlamaq, eyni zamanda daha da genişləndirmək zərurəti Moskvanı Cənubi Qafqazdakı proseslərə ilkin olaraq Türkiyə, Azərbaycan vasitəsilə çevik yanaşmağa vadar etdi. Belə olan təqdirdə digər regional və regiondan kənar aktorlar arxa plana düşürlər. Bütün faktorları əsas götürsək Naxçıvanın hədəfə alınması həm İrana lazımdır, həm də Naxçıvan Muxtar Respublikası sərhədində xarici şirkətlərin transsərhəd ekoloji fəlakətlər törətdiyini nəzərə alsaq bu, Türkiyə-Qərb soyuqluğunun məhz Naxçıvanda partlayış verməsi, Rusiya-Türkiyə-Azərbaycanın logistika yollarına demək olar ki, bənzəri yanaşmalarına vurulmağa cəhd edilən zərbədir. Lakin düşünürəm ki, indiki məqamda ilkin olaraq regional əməkdaşlığın zərurəti bir daha sübut olunur. Real nəticə etibarilə, regiondan kənar bir regionumuz mövcud deyil. Bu baxımdandır ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü zamanı Azərbaycanın üçtərəfli razılaşmaya əməl etdiyini məhz həmin gün anladığını dedi. Bundan əlavə, İranlı nazirin dövlətimizin başçısı ilə regionda kommunikasiyaların açılması kontekstində görüşünün olması da reallığı gec olsa da başa düşdüklərindən xəbər verir. Bu da bir şeydir. Amma hələ də görünür ki, türkləri bir-birinə daha möhkəm əsaslarla bağlayacaq tarixi türk yurdu adı olan Zəngəzur dəhlizi ifadəsinin özünü belə hələ həzm edə bilmir, o xofu üzərlərindən ata bilmirlər”.

//Gülnarə Abasova, Editor.az