Tarixdə Böyük Pompey olub, Böyük Pompeo da olacaqmı? – ABŞ dövlət katibi Qarabağ müharibəsinə müdaxilə edirbackend

Tarixdə Böyük Pompey olub, Böyük Pompeo da olacaqmı? – ABŞ dövlət katibi Qarabağ müharibəsinə müdaxilə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcəklər. Editor.az xəbər verir ki, bu barədə  POLITICO nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ceyhun Bayramov və Zohrab Mnatsakanyanın Vaşinqtonda təkbətək görüşünün olub-olmayacağı məlum deyil: “Lakin onların eyni gündə Vaşinqtona səfəri göstərir ki, ABŞ konfliktin yumşalması üçün fəaliyyətini aktivləşdirir”.

POLITICO-nun tanış ola bildiyi rəsmi sənədlər görə, C.Bayramov dövlət katibi ilə cümə günü səhər, Z.Mnatsakanyan isə ondan sonra görüşəcək

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov nəşrə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda olduqları müddətdə təkbətək görüşmələrini də istisna etməyib.

//musavat.com