Tarixdə ilk dəfə Çində donuz qaraciyəri insana köçürülübbackend

Tarixdə ilk dəfə Çində donuz qaraciyəri insana köçürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sian şəhərindəki Dördüncü Hərbi Tibb Universitetinin çinli alimləri geri dönməz komada olan bir xəstəyə geni dəyişdirilmiş donuzdan ilk eksperimental qaraciyər transplantasiyasını həyata keçiriblər.

Araşdırma “Nature” elmi jurnalında dərc olunub.

Orqan altı geni redaktə edilmiş miniatür donuzdan götürülüb. Resipient beyin funksiyasının geri dönməz itkisi diaqnozu qoyulan və həyatı tibbi cihazlarla təmin edilən yetkin bir şəxs idi.

Təcrübə 10 gün davam etdi və subyektin ailəsinin tələbi ilə dayandırıldı. Müşahidə dövründə transplantasiya edilmiş qaraciyər normal fəaliyyət göstərib, öd və albumin zülalı istehsal edib.

Donuzlar ksenotransplantasiya (növlərarası orqan transplantasiyası) üçün ən uyğun donor hesab edilir. Onların anatomiyası və fiziologiyası insana yaxındır və genetik modifikasiya sayəsində rədd edilmə riski azalır.

Tədqiqatın müəllifləri əlavə ediblər ki, donuz qaraciyəri insan qaraciyərindən qat-qat az öd və albumin istehsal edir. Texnologiyanı inkişaf etdirmək üçün 10 gündən çox davam edəcək yeni təcrübələr tələb olunacaq.

//Gülnarə Abasova, Editor.az