Tarixi dəyişən dahi şəxsiyyətbackend

Tarixi dəyişən dahi şəxsiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tarixin müxtəlif dövrlərində yaşadıqları dövrün tarixinə birbaşa təsir göstərən şəxsiyyətlər olmuşdur. Həmin şəxsiyyətlər yaşadıqları dövlətlərin, eləcə də böyük bir coğrafiyanın gələcəyinə birbaşa təsir göstərmişlər. Ümummilli lider Heydər Əliyev də tarixə tarixi dəyişən şəxsiyyətlərdən biri kimi düşüb”.

Editor.az xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Millət vəkili bildirib ki, Ulu Öndərin hakimiyyətinin Sovet İttifaqı dövrü Azərbaycanın dövlət infrastrukturunun yaradılması, gələcək kadr potensialının formalaşdırılması və gücləndirilməsi, milli kadrların önə çəkilməsi, dövlətin sənaye və kənd təsərüfatı sahələrinin güclü inkişafı ilə xarakterizə olunur:

“Bu dövrdə görülən işlərin nəticəsində Azərbaycan ittifaq dövlətləri sırasında ən sürətlə inkişaf edən respublika oldu. Əslində Ulu Öndər Heydər Əliyevin həmin dövrdə gördüyü işlər məhz gələcəkdə Azərbaycanın müstəqil dövlət olmasına hesablanmışdı. Müstəqilliyimizi əldə etdikdən sonra həmin dövrdəki siyasi hakimiyyətin məsuliyyətsizliyi, səriştəşizliyi və şəxsi mənafelərin önə çıxması nəticəsində müstəqil Azərbaycanın mövcudluğu sual altına düşdü. AXC-Müsavat hakimiyyəti Azərbaycan dövlətini məhvə aparırdı. Belə çətin dövrdə müdrik Azərbaycan xalqı öz müdrik liderini hakimiyyətə çağırdı və dövləti ona əmanət etdi. Azərbaycan xalqı yaxşı bilirdi ki, müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin rəhbərliyi altında mövcud ola bilər. Hakimiyyətinin müstəqil Azərbaycan dövründə Ulu Öndər Heydər Əliyev yeni dövləti inşa etməyə başladı. Qısa vaxtda dövlət institutları formalaşdırıldı, iqtisadiyyat yenidən quruldu, nəhəng regional layihələrin icrasına başlanıldı, Azərbaycanda güclü ordu quruculuğuna start verildi. ideoloji sahədə isə Azərbaycançılıq ideyaları geniş şəkildə tətbiq olundu. Ulu Öndər ideoloji işin vacibliyini çox yaxşı bilirdi. Azərbaycançılıq ideyaları ilə yetişən yeni nəsil daha güclü Azərbaycan üçün bütün gücünü səfərbər etdi”.

Ş. İsmayılov qeyd edib ki,  İlham Əliyevin hakimiyyət dövrünü biz həm də Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin üçüncü mərhələsi kimi də qiymətləndirilə bilər:

“Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun Azərbaycan dövləti ilə bağlı yarım qalan işlərini davam etdirdi. Bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmiş, regionun ən güclü dövlətinə çevrilmişdir. Bu regionda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir layihənin icrası mümkün deyil. Azərbaycan dünyada tanınan, sayılan və hörmət edilən bir ölkədir. Vaxtilə Ulu Öndər Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi. Məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyaya günəş kimi doğdu”.