ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu bildirib.
Editor.az axar.az-a istinadən xəbər verir ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə M.Karpenter ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayıb.
Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-nin bu prosesin irəli aparılmasında qəti dəstəyi var.