Tarixi sənəd imzalandıbackend

Tarixi sənəd imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında münaqişəyə son qoyulması üçün sazişin imzalanması mərasimi keçirilib. Sənədi ABŞ, Türkiyə, Misir və Qətər liderləri – Donald Tramp, Rəcəb Tayyib Ərdoğan, Əbdülfəttah əs-Sisi və Təmim bin Həməd Al Tani imzalayıb.

Sənədi imzaladıqdan sonra Ağ Ev rəhbəri qeyd edib ki, bəşəriyyət bunun üçün bir neçə minilliklər gözləməli olub: “Təsəvvür edirsinizmi, bu günə çatmaq üçün bizə 3000 il lazım oldu? Və bu razılaşma davam edəcək”, – Donald Tramp bildirirb.

Qeyd edək ki, Qəzza zolağında münaqişəyə son qoymaq üçün keçirilən sammitdə 20-dən çox ölkədən nümayəndə iştirak edir. Daha əvvəl görüşün təxminən iki saat davam edəcəyi bildirilmişdi.

//Samir Qurbanov, Editor.az