“Tarixi sənədlərin aşkara çıxmasında Vaşinqtonun əsas məqsədi…”-Elxan Şahinoğludan ŞƏRHbackend

“Tarixi sənədlərin aşkara çıxmasında Vaşinqtonun əsas məqsədi…”-Elxan Şahinoğludan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin 1997-1998-ci illər üçün sənədləri dərc edilib. Onların arasında Qarabağ siyasəti ilə bağlı olanlar da var. Bu haqda ABŞ-ın Azadlıq Radiosunun erməni bürosu məlumat yayıb.

Bəzi erməni şərhçilərin iddiasına görə, sözügedən sənədlər sübut edir ki, Ermənistan üçün obyektiv olaraq daha sərfəli olan “paket” həll variantından imtina edən məhz Qarabağdakı separatçı rejim və İrəvanda o vaxtkı baş nazir və sonradan prezident olan Robert Köçəryanın təmsil etdiyi Qarabağ klanının rəhbərliyi olub.

Vaxtilə Köçəryan-Sarkisyan siyasətinə qarşı çıxan Vaşinqtonun indi Paşinyanın əlini gücləndirmək üçün atdığı bu addımların əsas məramı nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, görünən odur Vaşinqton bu yolla Paşinyanın mövqeyini gücləndirməyə çalışır:

“ Çünki ondan əvvəlkilər daha güzəştli varianta razı idilər. 1999-cu ildə ATƏT-in İstanbul Sammitində əslində Robert Köçəryan razılaşmaya yaxın idi. Amma orada parlament gülləbaran olduğu üçün məsələ dayandırıldı. Daha sonra isə 2000-ci illərin əvvəllərində Amerikada görüş baş tutdu.  Yəni Amerika Köçəryan və Sərkisyan müxalifətini zəiflətməyə çalışırdı. Çünki “Qarabağ klanı” birbaşa Moskvaya bağlıdır. Onsuz da bu klan son bir ildə olduqca zəifləyib və Paşinyana problemlər yarada bilməz”.

Politoloq vurğulayır ki, gələn xəbərlərə görə, Köçəryanın siyasətdən getməsi ilə bağlı qərar da verilib:

“Amma yenə də Vaşinqton bu sənədləri ortaya çıxararaq onları zəiflətməyə çalışır. Paşinyanın ölkə daxilində mövqelərinin güclənməsini istəyirlər. Çünki Ermənistan baş naziri də Moskvadan uzaqlaşaraq Qərbə yaxınlaşmağa çalışır. Bugün Paşinyana qarşı güclü müxalifət yoxdur. Sağdan -soldan tənqid edənlər olsa da onu devirmək mümkün olmadı. İkinci Qarabağ müharibəsindən sonra seçkidə də qələbə qazandı. Yəni cəmiyyətdən ona dəstək var. Bu da Amerikanı razı salır. Ona görə də bu vəziyyət həm Paşinyanın, həm də Amerikanın maraqlarına uyğundur”.
 
//Safura Bənnayeva, Editor.az