Tariximizin daha bir şanlı səhifəsi- 15 oktyabr: Bu möhtəşəm günü xalqımız 30 il həsrətlə gözləyibbackend

Tariximizin daha bir şanlı səhifəsi- 15 oktyabr: Bu möhtəşəm günü xalqımız 30 il həsrətlə gözləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün tariximizin daha bir şanlı səhifəsinin yazıldığı gündür. Prezident, Ali baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu möhtəşəm günü xalqımız 30 il həsrətlə gözləmişdi. Artıq biz fəxrlə deyə bilirik ki, suverenliyimizi tam bərpa etmişik, şəhidlərimiz qanı yerdə qalmayıb, həmvətənlərimiz tarixi torpaqlarına qovuşub”.

Bunu Editor.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Cənab prezidentin yürütdüyü siyasət məqsədyönlü şəkildə torpaqlarımızın azad olunmasına hesablanmışdı. İllərdir ki, bu yolda mühüm addımlar atılırdı. Prezident İlham Əliyev həmişə qeyd edirdi ki, vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdu – Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Nəticə isə göz qabağındadır. Azərbaycanın şanlı tarixi yazıldı. Bu gün bütün Azərbaycan öz ordusu ilə, öz Ali Baş Komandanı ilə fəxr edir. Çünki güclü ordumuz var. Elə bir güclü ordu yaratmışıq ki, Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında da sübut etdik. Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Heç 1 gün belə çəkmədi ki, separatizmin kökünü kəsdik. Bu baxımdan təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

//Gülnarə Abasova, Editor.az