Tarixin ən böyük oğurluğu: Rusiya 10 milyard dollar dəyərində 400 təyyarəni geri qaytarmırbackend

Tarixin ən böyük oğurluğu: Rusiya 10 milyard dollar dəyərində 400 təyyarəni geri qaytarmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi, martın 28-i Rusiya aviaşirkətləri üçün təxminən 10 milyard dollar dəyərində icarəyə götürülmüş 400-dən çox təyyarəni geri qaytarmaq üçün son tarixdir. İcarəyə verənlər təyyarələrini geri alacaqlarına ümidlərini itirirlər.

“Qorxuram, kommersiya mülki aviasiya tarixində ən böyük təyyarə oğurluğuna şahid olaq”, – deyə Sinqapur Texnologiya İnstitutunun hava nəqliyyatının idarə edilməsi kafedrasının dosenti Vladimir Bilotkaç bildirib.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, təyyarələrin əksəriyyətinin qeydiyyata alındığı Bermud adaları və İrlandiyanın uçuşa yararlılıq sertifikatları dayandırılsa da, bunların bir çoxu hələ də Rusiyada daxili marşrutlar üzrə uçuşlar həyata keçirir.

Beynəlxalq qaydalara görə, ikili qeydiyyata icazə verilmir, lakin Rusiya artıq xaricilərə məxsus təyyarələrin yarıdan çoxunu öz reyestrinə keçirib. Rusiya hökuməti həmçinin ölkə aviadaşıyıcılarının 78 təyyarəsinə xaricdə həbs qoyulduğunu və Rusiyaya qayıtmadığını bildirib.

Qərb və Rusiya hava məkanından istifadəyə qadağalar qoyduğu üçün rəsmi Moskvanın Ukraynaya təcavüzünün ilk qurbanlarından biri aviasiya olub.