Tayfalararası savaşda 60-a yaxın adam öldübackend

Tayfalararası savaşda 60-a yaxın adam öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Papua Yeni Qvineyanın yüksək dağlıq ərazilərində tayfalar arasında baş verən toqquşmalarda azı 53 nəfər həlak olub. Bu, yaxın tarixdə yüksək dağlıq ərazilərdə baş verən ən dəhşətli qətliam ola bilər. Qətl Enqa vilayətində baş verib.

Editor.az Avstraliya Yayım Korporasiyasına (ABC) istinadən xəbər verir ki, bir qəbilədən olan insanlar müttəfiqləri və muzdluları ilə birlikdə qonşu tayfaya hücum etməyə gediblər, lakin pusquya düşüb güllələniblər.

Cəsədlər polis maşınlarına yüklənərək xəstəxanaya aparılıb. Cəsədlərin sayılması və axtarışları davam etdikcə daha çox ölü ola bilər. Ölənlərin sayının 60-65-ə yüksələcəyi ehtimal edilir. “Bu, əyalətdə bizim üçün çox kədərli və ölkə üçün pis hadisədir” – Enqa əyalətinin qubernatoru Peter İpatas deyib.

“Biz bilirdik ki, bu savaş davam edəcək və keçən həftə təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmişdik ki, bunun qarşısını almaq üçün tədbirlər görsünlər”, – o əlavə edib. ABC xatırladır ki, Enqa əyaləti 2023-cü ildə qəbilə toqquşmalarına görə bir neçə ay bağlanıb. Polis bölgəyə odlu silah və döyüş sursatının çatdırılmasını dayandırmağa çalışıb.

//Samir Qurbanov, Editor.az