Taylandda gecə klubunda fəlakət: 13 ölü, 40 yaralıbackend

Taylandda gecə klubunda fəlakət: 13 ölü, 40 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taylandda paytaxt Banqkokdan 160 kilometr aralıda yerləşən Çonburi şəhərinin Sattahip rayonunda yerləşən gecə klubunda yerli vaxtla saat 00:45 radələrində yanğın baş verib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın zamanı azı 13 nəfər ölüb, 40 nəfər yaralanıb. Hadisə şahidləri bildiriblər ki, partlayışlardan sonra barın səhnəsinin yaxınlığındakı tavandan tüstü və alov qalxıb.

Qeyd edək ki, 2009-cu ildə Banqkokda gecə klubunda baş vermiş yanğında 66 nəfər həlak olmuş, 200-dən çox insan yaralanmışdı.

//Gülnarə Abasova, Editor.az