Taylandlı futbolçu rəqibinin başını yardıbackend

Taylandlı futbolçu rəqibinin başını yardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayland 3 liqasında mübarizə aparan “Banqkok FK” və “Şimali Banqkok Universiteti” komandalarının oyununda qalmaqal yaşanıb. Editor.az-ın Türkiyənin “sporx” saytına istinadən verdiyi məlumata görə, oyun epizodundan sonra “Banqkok FK”-nin oyunçusu Aitsaret Naoiçhaibun rəqbin oyunçusuna zərbə endirib. Zərbənin təsirindən rəqib oyunçu yerə sərilib. Hakim Aitsaret Naoiçhaibuna qırmızı vərəqə göstərərək onu meydandan qovub. Oyundan sonra “Banqkok FK”-nin rəsmi açıqlamada olanlar üçün üzür xaqlıq edilərək insidentə səbəb olan oyunçu ilə müqaviləyə xitam verildiyi bildirilib. Zərər çəkən futbolçu xəstəxanaya yerləşdirilib və onun başına 24 dənə tikiş atılıb.

Qeyd edək ki, oyun “Şimali Banqkok Universiteti”nin 0:3 qələbəsi ilə başa çatıb.

//Nəzərbəy Hacıağayev, Editor.az