Tayvan Müdafiə Nazirliyi 103 Çin hərbi təyyarəsinin dünən gecədən bu gün səhərə qədər Tayvan adasının ətrafında uçduğunu bildirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə nazirliyin sosial media hesabında məlumat verilib.
Açıqlamada bildirilib ki, axşam saatlarından bu gün səhərədək 10 “SU-30”, 12 “J-10”, 4 “J-11”, 10 “J-16” tipli döyüş təyyarəsi mərkəz xəttini keçib. Bu, 24 saat ərzində aşkar edilmiş ən çox uçuş sayı kimi qeydə alınıb. Tayvan lideri Tsay İnvenin aprel ayında ABŞ-a səfərindən sonra Çinin 8-10 aprel tarixlərində ada ətrafında başladığı təlimin son günündə aşkar edilən 91 uçuş, o günə qədər görülən ən sıx hərəkət olub.
Açıqlamada adanın ətrafında 9 Çin döyüş gəmisinin göründüyü, təyyarə və gəmilərin radio ilə xəbərdar edildiyi və ardınca döyüş təyyarələri, patrul gəmiləri, raket sistemlərinin izləndiyi qeydə alınıb.
//Safura Bənnayeva, Editor.az